Ələt-Astara magistralının ətrafında yanğın baş verib

Yeni Ələt-Astara magistralı ətrafında yanğın baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, yanğın magistralın Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Küləkli havaya görə alov yayılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
135