Gədəbəydə dağlıq ərazidə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə dağlıq ərazidə yanğın olub

Qafar Ağayev17:24 - 02 / 09 / 2025
Gədəbəydə dağlıq ərazidə yanğın olub

Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın olub.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunub. Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Paylaş:
137

Son xəbərlər

Bütün xəbərlər