Türkiyə XİN ATƏT-in Minsk Qrupunun buraxılması qərarını alqışladı

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun buraxılması ilə bağlı qərarı məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb.
1news.az xəbər verir ki, Nazirliyin bəyanatında qeyd olunur:
“ATƏT Nazirlər Şurası tərəfindən 1 sentyabr 2025-ci ildə qəbul edilən Minsk Qrupunun bağlanması və ona bağlı qurumların ləğv edilməsi ilə bağlı qərarı məmnuniyyətlə qarşılayırıq. Hər iki ölkənin birgə səyləri nəticəsində mümkün olan bu tarixi qərar, Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm mərhələlərindən birini təşkil etmişdir”.
97