Xəzər Universitetinə yeni rektor təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzər Universitetinə yeni rektor təyin edilib

Qafar Ağayev11:54 - Bu gün
Xəzər Universitetinə yeni rektor təyin edilib

Xəzər Universitetinə yeni rektor təyin edilib.

1news.az-ın məlumatına görə, qərar ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən qəbul edilib.

Qərara əsasən, Razia İsayeva Universitetinin rektoru təyin olunub.

O, bundan əvvəl universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı vəzifəsində çalışıb.

Razia İsayeva həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanıb, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər