İşıqforun əlavə bölməsində ox işarəsi yanarkən sürücünün öhdəliyi nədən ibarətdir? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

İşıqforun əlavə bölməsində ox işarəsi yanarkən sürücünün öhdəliyi nədən ibarətdir? - AÇIQLAMA

Qafar Ağayev12:41 - Bu gün
İşıqforun əlavə bölməsində ox işarəsi yanarkən sürücünün öhdəliyi nədən ibarətdir? - AÇIQLAMA

“1 sual – 1 cavab: işıqforun əlavə bölməsində ox işarəsi yanarkən sürücünün öhdəliyi nədən ibarətdir?”

1news.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin “1 sual – 1 cavab” rubrikası çərçivəsində yol hərəkəti qaydaları ilə bağlı ən çox sual doğuran və sürücülərin tez-tez qarışdırdığı məqamlara aydınlıq gətirilir.

Budəfəki mövzu gündəlik hərəkətdə hər kəsin rastlaşa biləcəyi vəziyyətlə bağlıdır: işıqforun sarı və qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində ox işarəsi yanarsa, həmin istiqamətdə hərəkət edən sürücünün öhdəliyi nədən ibarətdir?

İlk baxışdan sadə görünən bu sual çox vaxt fərqli izahlarla qarşılanır. Bəzi sürücülər hesab edir ki, əlavə ox işarəsi onların üstünlüyünü təmin edir, digərləri isə əksini düşünür. Məhz bu səbəbdən də BDYPİ mövzunu xüsusi olaraq rubrika vasitəsilə ictimaiyyətin diqqətinə çatdırır.

Doğru cavab və ətraflı izahı “1 sual – 1 cavab” rubrikasında hazırlanmış videodan izləyə bilərsiniz.

Paylaş:
111

Son xəbərlər

Bütün xəbərlər