Xalq artisti Afaq Bəşirqızına “Şərəf” ordeni təqdim edilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artisti Afaq Bəşirqızına “Şərəf” ordeni təqdim edilib - FOTO

13:39 - Bu gün
Xalq artisti Afaq Bəşirqızına “Şərəf” ordeni təqdim edilib - FOTO

Ötən gün mədəniyyət naziri Adil Kərimli Xalq artisti Afaq Bəşirqızını 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, nazir Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən mərasimdə “Şərəf” ordenini Xalq artistinə təqdim edib.

Aktrisa bu barədə instaqram hesabında paylaşım edib.

Mərasimdə aktrisaya həmçinin Mədəniyyət Nazirliyinin Fəxri diplomu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub.

Qeyd edək ki, bir müdddət öncə Xalq artisti, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızı Prezident İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmuşdu.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər