Ayaqqabının içində qızıl keçirmək istədi, gömrükçülər qarşısını aldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ayaqqabının içində qızıl keçirmək istədi, gömrükçülər qarşısını aldı - FOTO

Qafar Ağayev09:22 - 04 / 09 / 2025
Ayaqqabının içində qızıl keçirmək istədi, gömrükçülər qarşısını aldı - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət əşyalarının bəyan edilmədən Azərbaycanın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə "Report"a DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Bakı-Dubay aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarət zonasından keçərkən onun ayaqqabısının içərisində və üzərində gizlədilmiş, gömrük orqanlarına bəyan olunmayan 8 ədəd qızıl lövhə və 2 ədəd boyunbağı, ümumilikdə 614 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
167

Son xəbərlər

Qaxda kafe yanıb

Bu gün, 15:30
Bütün xəbərlər