Lissabonda funikulyor relsdən çıxdı - 15 ölü, 18 yaralı

Portuqaliyanın paytaxtı Lissabonda şəhərin simvolik nəqliyyat vasitələrindən biri olan “Gloria” funikulyorunda ağır qəza baş verib
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünən axşam saatlarında relsdən çıxan vaqonun binaya çırpılması nəticəsində 15 nəfər həyatını itirib, 5-i ağır olmaqla 18 nəfər yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, funikulyor nəzarətdən çıxaraq sürətlə hərəkət edib və əyləcləri işləməyib. Qəzanın dəqiq səbəbi hələlik məlum deyil.
Faciədən sonra Portuqaliya hökuməti 1 günlük milli matəm, Lissabon Bələdiyyəsi isə 3 günlük matəm elan edib.
1885-ci ildən fəaliyyət göstərən və turistlərin ən çox ziyarət etdiyi nəqliyyat vasitələrindən olan “Gloria” funikulyoru hər il Restauradores Meydanı ilə Bairro Alto bölgəsi arasında təxminən 3 milyon sərnişin daşıyır.
Sosial şəbəkələrdə yayılan kadrlarda funikulyordan qalxan sıx tüstü aydın şəkildə görünür.