Moskva görüşü təklifini rədd edən Zelenski Putini Kiyevə dəvət etdi

ABŞ mərkəzli ABC News kanalına danışan Zelenski, Putinin təklifini dəyərləndirib.
1news.az xəbər verir ki, Putinin müharibəyə diplomatik həll tapmaq məqsədilə Moskvada danışıqlar aparmaq dəvətini rədd edən Zelenski deyib:
“Putin Kiyevə gələ bilər. Mən ölkəm hər gün raket hücumları altında ikən Moskvaya gedə bilmərəm. Mən o terrorçunun paytaxtına gedə bilmərəm.”
Rusiya liderinin müharibəni bitirmək niyyətində olmadığını bildirən Zelenski, buna görə də Putinin tərəflər tərəfindən qəbul olunması mümkün olmayan təkliflər irəli sürərək prosesi uzatmağa çalışdığını vurğulayıb.
“Biz Putinə etibar edə bilmərik. O, oyun oynayır və indi də ABŞ-la oynayır”, – deyə Zelenski əlavə edib.
Xatırladaq ki, Putin sentyabrın 3-də Ukrayna müharibəsi ilə bağlı “tunelin sonunda işığı gördüyünü” qeyd edərək Zelenskini Moskvaya dəvət etmiş və onunla görüşməyə hazır olduğunu bildirmişdi.