Tramp: “Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç nədən məmnun deyiləm” | 1news.az | Xəbərlər
Dünya

Tramp: “Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç nədən məmnun deyiləm”

Qafar Ağayev13:00 - Bu gün
Tramp: “Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç nədən məmnun deyiləm”

ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövqeyini açıqlayıb.

1news.az xəbər verir ki, The Hill qəzetinin məlumatına görə, Merilend ştatındakı Joint Base Andrews Hava Bazasında jurnalistlərin suallarını cavablandıran Tramp, Rusiyanın Kiyevə müharibənin əvvəlindən bəri həyata keçirdiyi ən böyük hava hücumu nəticəsində hökumət binasının vurulmasına münasibət bildirib.

“Baş verənlərdən razı deyiləm. Bunun həll olunacağına inanıram. Bu müharibə ilə bağlı heç bir şeydən məmnun deyiləm”, – deyə Tramp vurğulayıb.

O, Rusiya Prezidenti Vladimir Putin və Rusiya mövzusunda “özündən daha sərt” bir lider olmadığını qeyd edərək, müharibəni dayandırmaq üçün səylərini davam etdirəcəyini bildirib. ABŞ liderinin sözlərinə görə, sülh razılaşmaları ilə bağlı “çox maraqlı danışıqlar” aparılır və bu həftə Avropa liderləri Vaşinqtona səfər edəcək.

Tramp həmçinin İsrailin Qəzzaya hücumlarına da toxunaraq, “Çox yaxın zamanda bir razılaşmaya nail olacağımızı düşünürəm. Bu, Yaxın Şərq, İsrail və ümumilikdə hər kəs üçün həllini tapmaq istədiyimiz bir problemdir”, – deyə əlavə edib.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər