“Yango” hava limanı ərazisində fəaliyyətini davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yango” hava limanı ərazisində fəaliyyətini davam edir

14:38 - Bu gün
“Yango” hava limanı ərazisində fəaliyyətini davam edir

“Yango” şirkəti üçün sərnişinlərin rahatlığı hər zaman prioritet olub.

Şirkətdən 1news.az-a verilən məlumata görə, şirkət tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisindən daşımalar həyata keçirilən zaman məsəfayə uyğun qiymət hesablanır.

Aeroportdan daşımalar 5 AZN-dən başlayır. Ümumilikdə 3-25 km-ə qədər hər kilometrə görə 0.8 AZN, 26 və daha artıq kilometrə görə isə 0.70 AZN hesablanır. Məsələn, hava limanından “JW Marriott Absheron Baku” hotelinə səfər sərnişinə 23 AZN-ə başa gələcək.

Sərnişinlər hər hansı uyğunsuzluq görərsə, “Yango” şirkətinin tətbiqinə məlumat verə bilər. Eyni zamanda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə də müraciət etmək mümkündür.

Paylaş:
126

Son xəbərlər

Bütün xəbərlər