Trump: “11 sentyabrı heç vaxt unutmayacağıq” | 1news.az | Xəbərlər
Dünya

Trump: “11 sentyabrı heç vaxt unutmayacağıq”

Qafar Ağayev09:12 - Bu gün
Trump: “11 sentyabrı heç vaxt unutmayacağıq”

ABŞ-ın sabiq prezidenti Donald Trump, 11 sentyabr 2001-ci il terror hücumlarının 24-cü ildönümündə Pentaqonda keçirilən mərasimdə çıxış edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Trump hücumlarda 2 min 977 nəfərin həlak olduğunu xatırladaraq, “Aradan keçən illərdə ailələr boş qalan otaqların və yarımçıq qalan xəyalların yükünü daşıyır.

Biz isə vahid bir millət olaraq 11 sentyabrı heç vaxt unutmayacağımıza söz veririk.

O, ABŞ-a qarşı hər hansı hücumun cavabsız qalmayacağını vurğulayıb: “ABŞ-a hücum etsəniz, sizi harada olsanız tapıb məhv edəcəyik. ABŞ hər zaman qalib gələcək”.

Trump həmçinin ABŞ Müdafiə Nazirliyinin adının yenidən “Müharibə Nazirliyi” olaraq dəyişdirildiyini də xatırladıb.

Qeyd edək ki, 2001-ci il 11 sentyabrda “Əl-Qaidə” terrorçuları tərəfindən qaçırılan 4 təyyarədən ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə, biri Pentaqona çırpılmış, digər təyyarə isə Pensilvaniyada qəzaya uğramışdı. Hücum nəticəsində 2 min 977 nəfər həlak olmuşdu.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər