Azərbaycan boksçuları dünya çempionatında 2 bürünc medal qazanıblar | 1news.az | Xəbərlər
İdman

Azərbaycan boksçuları dünya çempionatında 2 bürünc medal qazanıblar

Qafar Ağayev09:46 - Bu gün
Azərbaycan boksçuları dünya çempionatında 2 bürünc medal qazanıblar

Azərbaycan boksçuları Böyük Britaniyanın Liverpul şəhərində keçirilən dünya çempionatında 2 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından 1news.az-a bildirilib ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kiloqram) və Alfonso Dominqes (90 kiloqram) mundialı 3-cü pillədə başa vurublar.

Cəfərov (75 kiloqram) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz bürünc medala sahib olub.

Alfonso Dominqes (90 kiloqram) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər