Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürov azadlığa buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürov azadlığa buraxılıb

Qafar Ağayev09:49 - Bu gün
Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürov azadlığa buraxılıb

"Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürov azadlığa buraxılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Əvəz Zeynallı sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elnur Şükürov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə cəzanı 3 ilə endirib. Onun həbs cəzası bu gün başa çatıb.

Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Əvəz Zeynallı aprelin 25-də azadlığa buraxılıb. Nizami Rayon Məhkəməsi onun xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar verib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər