Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn edilib - FOTO - YENİLƏNİB

Xalq artisti Hacı Murad Yagizarov dəfn edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.
***
12:15
Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilir.
1news.az APA-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Murad Yagizarovun vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, o, II Fəxri xiyabanda dəfn ediləcək.
Xatırladaq ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Onun nəşi bu gün səhər Azərbaycana gətirilib.
156