Xocavənddə ev və ona bitişik tikililərdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə ev və ona bitişik tikililərdə yanğın olub

17:48 - Bu gün
Xocavənddə ev və ona bitişik tikililərdə yanğın olub

Xocavənddə yanğın hadisəsi qeydə alınıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xocavənd rayonunun Qarazəmi kəndində ümumi sahəsi 220 m² (1-ci mərtəbəsi 120 m², 2-ci mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin, bitişik sahəsi 50 m² talvarın, yaxınlıqdakı 30 m² yardımçı tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər