Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb - ilk 3 yerin qalibi - SİYAHI - YENİLƏNİB

Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ikinci sərbəst yürüşü başa çatıb.
1news.az xəbər verir ki, yarışda “Ferrari” komandasının sürücüsü Lyus Hamilyon 1:41.293 nəticə ilə ən sürətli dövrəyə imza ataraq sessiyanı lider kimi tamamlayıb . Onun komanda yoldaşı Şarl Lekler ilə yarışın ikincisi olub. Üçüncü yerdə isə “Mercedes” komandasının pilotu pilotu Corc Rasselll isə yarışı üçüncü tamamlayıb.
Yarışı ilk 10-luqdan tamamlayan pilotların siyahısını təqdim edirik:
Sıra | Sürücü | Komanda | Zaman |
---|---|---|---|
1 | Çarlz Lekler | "Ferrari" | 1:41.293 |
2 | Lyuis Hemilton | "Ferrari" | +0.074 |
3 | Corc Rassell | "Mercedes" | +0.477 |
4 | Kiml Antonelli | "Mercedes" | +0.486 |
5 | Oliver Berman | "Haas Ferrari" | +0.598 |
6 | Maks Ferstappen | "Red Bull Racing Honda RBPT" | +0.609 |
7 | Liam Louson | "Red Bull Racing Honda RBPT" | +0.696 |
8 | Esteban Okon | "Haas Ferrari" | +0.874 |
9 | Aleksander Albon | "Williams Mercedes" | +0.884 |
10 | Lando Norris | "McLaren Mercedes" | +0.906 |
****
16:02
Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ilk sərbəst yürüşü başlayıb.
1news.az xəbər verir ki, mübarizə saat 16:00-da start götürüb.
Qeyd edək ki, günün ilk test yürüşündə “ “McLaren” komandasının sürücüsü Lando Norris ən sürətli dövrəyə imza ataraq sessiyanı lider kimi tamamlayıb – 1:42.704. Onun komanda yoldaşı və çempionatın lideri Oskar Piastri 0.310 saniyə geridə qalaraq ikinci nəticəni göstərib. İlk üçlüyü isə “Ferrari”nin sürücüsü Şarl Lekler tamamlayıb - 1:43.256.
Xatırladaq ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.



.jpg)








.jpg)
.jpg)



.jpg)
.jpg)

.jpg)






.jpg)
