Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb - ilk 3 yerin qalibi - SİYAHI - YENİLƏNİB | 1news.az | Xəbərlər
FORMULA 1

Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb - ilk 3 yerin qalibi - SİYAHI - YENİLƏNİB

Qafar Ağayev17:09 - Bu gün
Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb - ilk 3 yerin qalibi - SİYAHI - YENİLƏNİB

Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ikinci sərbəst yürüşü başa çatıb.

1news.az xəbər verir ki, yarışda “Ferrari” komandasının sürücüsü Lyus Hamilyon 1:41.293 nəticə ilə ən sürətli dövrəyə imza ataraq sessiyanı lider kimi tamamlayıb . Onun komanda yoldaşı Şarl Lekler ilə yarışın ikincisi olub. Üçüncü yerdə isə “Mercedes” komandasının pilotu pilotu Corc Rasselll isə yarışı üçüncü tamamlayıb.

Yarışı ilk 10-luqdan tamamlayan pilotların siyahısını təqdim edirik:

Sıra Sürücü Komanda Zaman
1 Çarlz Lekler "Ferrari" 1:41.293
2 Lyuis Hemilton "Ferrari" +0.074
3 Corc Rassell "Mercedes" +0.477
4 Kiml Antonelli "Mercedes" +0.486
5 Oliver Berman "Haas Ferrari" +0.598
6 Maks Ferstappen "Red Bull Racing Honda RBPT" +0.609
7 Liam Louson "Red Bull Racing Honda RBPT" +0.696
8 Esteban Okon "Haas Ferrari" +0.874
9 Aleksander Albon "Williams Mercedes" +0.884
10 Lando Norris "McLaren Mercedes" +0.906

****

16:02

Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ilk sərbəst yürüşü başlayıb.

1news.az xəbər verir ki, mübarizə saat 16:00-da start götürüb.

Qeyd edək ki, günün ilk test yürüşündə “ “McLaren” komandasının sürücüsü Lando Norris ən sürətli dövrəyə imza ataraq sessiyanı lider kimi tamamlayıb – 1:42.704. Onun komanda yoldaşı və çempionatın lideri Oskar Piastri 0.310 saniyə geridə qalaraq ikinci nəticəni göstərib. İlk üçlüyü isə “Ferrari”nin sürücüsü Şarl Lekler tamamlayıb - 1:43.256.

Xatırladaq ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər