Pirallahıda iki mərtəbəli evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahıda iki mərtəbəli evdə yanğın olub

15:49 - Bu gün
Pirallahıda iki mərtəbəli evdə yanğın olub

Pirallahı rayonunda iki mərtəbəli evdə yanğın olub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən əlumata görə, rayonda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər