Bakıda sıralama turunda ardıcıl qəzalar və nasazlıqlar baş verib - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
FORMULA 1

Bakıda sıralama turunda ardıcıl qəzalar və nasazlıqlar baş verib - FOTO - YENİLƏNİB

Qafar Ağayev17:52 - Bu gün
Bakıda sıralama turunda ardıcıl qəzalar və nasazlıqlar baş verib - FOTO - YENİLƏNİB

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu gərgin anlarla yadda qalıb.

1news.az-ın məlumatına görə, əvvəlcə "Haas" komandasının sürücüsü Oliver Berman ikinci sessiyanın əvvəlində texniki problem səbəbindən mübarizəni dayandırıb.

Daha sonra "Maklaren"dən Oskar Piastrinin idarə etdiyi bolid səddə çırpılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və üçüncü sessiya müvəqqəti dayandırılıb.

Bundan qısa müddət sonra isə "Ferrari"nin pilotu Şarl Lekler eyni sessiyada qəza törədib. Onun bolidi də səddə dəyib və yarış yenidən qırmızı bayraqla dayandırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 21-də keçiriləcək.

***

16:37

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda iki qəza qeydə alınıb.

1news.az-ın məlumatına görə, əvvəlcə "Kik-Zauber" komandasının pilotu Niko Hyolkenberqin idarə etdiyi bolid səddə çırpılıb. Daha sonra "Uilyams" komandasından Aleksander Albon eyni taleyi yaşayıb.

Hər iki hadisədən sonra qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 21-də keçiriləcək.

Foto: Nadir İbrahimli

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər