Masallıda 8-ci sinif şagirdi itkin düşdü

Ötən gecə Masallıda yeniyetmə itkin düşüb.
1news.az xəbər verir ki, Masallı şəhər sakini K.Tağıyeva ərizə ilə polisə müraciət edərək 2011-ci il təvəllüdlü oğlu Ümid Tağıyevin itkin düşdüyünü bildirib.
O qeyd edib ki, övladı orta məktəbin 8-ci sinif şagirdidir və sentyabrın 22-si, saat 23 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.
Faktla bağlı Masallı RPŞ tərəfindən araşdırma aparılır.
57