Qurban Qurbanov: Futbol investisiya qoyulması üçün əlverişli sahədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qurban Qurbanov: Futbol investisiya qoyulması üçün əlverişli sahədir

Qafar Ağayev10:46 - Bu gün
Qurban Qurbanov: Futbol investisiya qoyulması üçün əlverişli sahədir

“Uğur yalnız istedada deyil, sabitlik və çox çalışmağa bağlıdır”.
1news.az xəbər verir ki, bunu “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib
“Bəli, bəzən futbolçu olmadan da məşqçi olmaq mümkündür. Amma mənim fikrimcə, futbolçu olub, sonra məşqçi kimi fəaliyyət göstərmək daha doğrudur. Çünki uşaq yaşlarından bu işin içində olursan və futbolçuların psixologiyasını daha yaxşı anlayırsan”, –.
Baş məşqçi 2009-cu ildə qazanılan UEFA Avropa Liqasında çempionluğu karyerasının ən yaddaqalan uğuru kimi dəyərləndirib:
“Çempionlar Liqasındakı qələbələrə baxmayaraq, 2009-cu ildə “Avqoliqa”da qələbə qazandığımız gün mənim üçün daha yaddaqalan olub. O vaxt stadionda 30 mindən çox azarkeş var idi və onların dəstəyi bizə güc qatırdı. Ağdamın işğal olduğu gün idi, hamı bizdən qələbə gözləyirdi”.
Onun sözlərinə görə, Azərbaycan futbolunun yüksəlişində əsas amil məhz sabitlik olub:
“Sabitlik olmadan heç bir nəticə mümkün deyil. İlk illərdə çempion ola bilmirdik, amma fanatlarımız daim bunu arzulayırdı. Biz də çalışdıq və buna nail olduq. Sonra isə hədəflər böyüdü – Avropa turnirlərində uğur qazanmaq artıq zərurət idi”.
Qurban Qurbanov futbola investisiyaların artırılmasının vacibliyini də vurğulayıb:
“Azərbaycanda müxtəlif sahələrə böyük sərmayələr qoyulur. Arzu edirəm ki, futbola da daha çox investisiya yatırılıb, infrastruktur və akademiyalar gücləndirilsin. Dünyanın hər yerində futbola milyardlarla vəsait yatırılır. Əgər biz də bu yolda irəliləsək, Azərbaycan futbolu daha yüksək pillələrə qalxa bilər. Futbol investisiya qoyulması üçün əlverişli sahədir”.
Baş məşqçi əlavə edib ki, Azərbaycanın uğurları ölkənin tanınmasına xidmət edir:
“Əgər bu gün Avropa Çempionlar Liqasında Azərbaycanın uğurundan danışılırsa, bu, məsuliyyəti daha da artırır. Mən həmişə düşünmüşəm ki, biz futbolçular ölkəmizi tanıtdırırıq və bu, bizim borcumuzdur. Vətən müharibəsində torpaqlarımızın azad olunması üçün şəhidlər verdik, bizim etdiyimiz isə xırda uğurdur. Bunu da futbolçularıma daim xatırladıram”.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər