Nazir: Azərbaycan aqrar sektorda tədqiqat və inkişafa böyük həcmdə sərmayə yatırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir: Azərbaycan aqrar sektorda tədqiqat və inkişafa böyük həcmdə sərmayə yatırır

Qafar Ağayev10:55 - Bu gün
Nazir: Azərbaycan aqrar sektorda tədqiqat və inkişafa böyük həcmdə sərmayə yatırır

Azərbaycan aqrar sektorda tədqiqat və inkişafa böyük həcmdə sərmayə yatırır.

1news.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) ikinci günündə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, iqlim dəyişikliyinə uyğun həllərin tapılması və məhsuldarlığın ildən-ilə artırılması məqsədilə nazirliyin müxtəlif məhsullar üzərində çalışan bir neçə tədqiqat institutu fəaliyyət göstərir: “Təhsil sahəsində isə Azərbaycan Dövlət Aqrar Universiteti mühüm rol oynayır”.

Məcnun Məmmədov vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatı vergidən azaddır: “Əslində bu, ölkəmizin sahib olduğu ən dəyərli üstünlüklərdən biridir. Azərbaycana idxal olunan kənd təsərrüfatı avadanlıqları, texnika və suvarma sistemləri gömrük rüsumu və ƏDV-dən tam azaddır. Bu isə aqrar sahəyə sərmayəni daha cəlbedici edir. Eyni zamanda fermerlərimizi dəstəkləyən bir sıra dövlət proqramları icra olunur”.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər