Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Qafar Ağayev12:45 - Bu gün
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 20 və 21 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

ADY-dən 1news.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər