III MDB Oyunları çərçivəsində keçiriləcək yarışlara biletlərin satışı başlayıb | 1news.az | Xəbərlər
İdman

III MDB Oyunları çərçivəsində keçiriləcək yarışlara biletlərin satışı başlayıb

Qafar Ağayev17:42 - 25 / 09 / 2025
III MDB Oyunları çərçivəsində keçiriləcək yarışlara biletlərin satışı başlayıb

III MDB Oyunlarının Təşkilat Komitəsi yarışlara bilet satışının başladığını elan edib.

1news.az xəbər verir ki, oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir. Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq. Yarışlar 12 idman məkanında təşkil olunacaq.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər