Vəhşi heyvan və quşların saxlanıldığı “Qədir Xum” və “Fədək” restoranlarında monitorinq keçirilib

İctimai iaşə müəssisələrində, ailəvi istirahət məkanlarında vəhşi heyvan və quşların saxlanılması və nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Hacıqabul rayonunun Bakı-Şirvan avtomobil yolunda yerləşən "Qədir Xum”, Pirsaat qəsəbəsində yerləşən "Fədək” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib.
AQTA-dan 1news.az-a verilən məlumata görə, monitorinq zamanı restoranlarda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib.
Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.



