DİN-in şəxsi heyəti Zəfər parkını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-in şəxsi heyəti Zəfər parkını ziyarət edib

Qafar Ağayev14:35 - Bu gün
DİN-in şəxsi heyəti Zəfər parkını ziyarət edib

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Anım günü ilə bağlı Zəfər parkını ziyarət ediblər.

1news.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Heyət 44 günlük Vətən müharibəsində respublikanın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Həmçinin xatirə daşının önünə gül dəstələri qoyublar.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər