Azərbaycan tenişçiləri III MDB Oyunlarının finalında - FOTO | 1news.az | Xəbərlər
İdman

Azərbaycan tenişçiləri III MDB Oyunlarının finalında - FOTO

Qafar Ağayev17:34 - Bu gün
Azərbaycan tenişçiləri III MDB Oyunlarının finalında - FOTO

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis üzrə yarışlara start verildi.

1news.az xəbər verir ki, ilk gündə həm kişi, həm də qadın komandaları arasında finalçılar müəyyənləşdi. Yarımfinal görüşlərinin nəticələrinə əsasən hər iki kateqoriyada Azərbaycan və Rusiya yığmaları finala vəsiqə qazanıblar.

Kişilər arasında:
Özbəkistan – Azərbaycan - 0:2
Qazaxıstan – Rusiya - 0:2

Qadınlar arasında:
Özbəkistan – Rusiya - 1:2
Belarus – Azərbaycan - 1:2

Final görüşləri 27 sentyabrda keçiriləcək. Başlama saatı - 10:00.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər