TƏBİB-dən Cabir İmanovun vəfatı ilə bağlı açıqlama: Dərhal təcili tibbi yardım briqadası cəlb olunub

29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə 1news.az-ın soğrusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB)mətbuat xidmətindən bildilrib.
Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.
222