Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavodunda yanğın baş olub | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavodunda yanğın baş olub

Qafar Ağayev13:31 - 01 / 10 / 2025
Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavodunda yanğın baş olub

Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavodunda yanğın baş verdiyi bildirilib.

1news.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Yaroslavldakı neft emalı müəssisəsində yanğın çıxıb və söndürmə işləri davam etdirilir.

Açıqlamada qeyd olunub ki, 200 kvadratmetr sahəni əhatə edən yanğın nəticəsində xəsarət alan və ya həlak olan olmayıb.

Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev sosial şəbəkədə yaydığı açıqlamasında, yanğının pilotsuz uçuş aparatı (PUA) hücumu ilə bağlı olmadığını vurğulayaraq, “Bölgəyə PUA hücumu olmayıb. Aidiyyəti qurumlar işlərini davam etdirirlər”, – deyə bildirib.

Paylaş:
1763

Son xəbərlər

Bütün xəbərlər