İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb

Qafar Ağayev16:33 - 03 / 10 / 2025
İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Cümşüd Vəliyevin İrandan idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürüblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən mlumata görə, müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul olunmuş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Paylaş:
219

Son xəbərlər

Bütün xəbərlər