Türkiyədə MOSSAD üçün işlədiyi müəyyən edilən detektiv saxlanılıb

Türkiyədə İsrailə casusluqda ittiham olunan şəxs saxlanılıb.
1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində MOSSAD-a casusluqda şübhəli bilinən Serkan Çiçək tutulub.
Məlumata əsasən, əsl adı Məhəmməd Fatih Keleş olan Serkan Çiçək İsrailin Onlayn Əməliyyatlar Mərkəzinin üzvü Faysal Rəşidlə əlaqə saxlayıb.
O, ifadəsində İsrailə qarşı mövqe sərgiləyən bir fələstinli fəal barədə casusluq fəaliyyəti apardığını etiraf edib.
230