Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

09:17 - Bu gün
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

6-10 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər