Putin: ABŞ “Tomahawk” raketlərini Ukraynaya verərsə, münasibətlər pozular

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya “Tomahawk” tipli qanadlı raketlər verməsi halında Moskva–Vaşinqton münasibətlərinin pisləşəcəyini bildirib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Putin “Rossiya-1” telekanalına müsahibəsində bu addımın “iki ölkə arasındakı əlaqələrdə müsbət irəliləyişləri pozacağını” deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabr ayında ABŞ Prezidenti Donald Trampdan uzaqmənzilli “Tomahawk” raketləri ilə bağlı yardım istəmiş, vitse-prezident Cey Di Vens bu müraciətin nəzərdən keçirildiyini bildirmişdi.
Digər tərəfdən, Rusiya ordusu ötən gecə Ukraynanın bir sıra bölgələrinə 500 dron və 50-dən çox raketlə hücum edib. Hücumlar nəticəsində azı 5 nəfər həlak olub, 10 nəfər yaralanıb.