Min nəfər Everestdə ilişib qaldı

Çinin Tibet Muxtar Rayonunda yerləşən Everest dağının şərq yamacında min nəfər qar fırtınası səbəbindən ilişib qalıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Məlumata görə, onlardan 350 nəfər xilas edilib, 200-dən çox insanla isə əlaqə yaradılıb.
xilas edilən şəxslər yerli sakinlər və peşəkar xilasedicilər tərəfindən Qudang adlı qəsəbəyə gətirilib. Hazırda bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir və qalan şəxslərin də mərhələli şəkildə Qudang qəsəbəsinə gətirilməsi gözlənilir.
Qeyd edək ki, oktyabrın 3-də baş verən güclü qar fırtınası nəticəsində Everestin şərq yamacına gediş-gəliş məhdudlaşdırılmış, dağ marşrutu üzrə hərəkətdə olan təxminən min nəfərin düşərgələrdə ilişib qaldığı bildirilmişdi.
Hadisədən sonra yüzlərlə yerli sakin və xilasedici qarın təmizlənməsi və insanlara yardım üçün səfərbər olunub, bölgəyə girişlər isə müvəqqəti olaraq dayandırılıb.