Xorvatiya Parlamentinin sədri: Azərbaycanla ticarət və enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır | 1news.az | Xəbərlər
Siyasət

Xorvatiya Parlamentinin sədri: Azərbaycanla ticarət və enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır

Qafar Ağayev14:16 - Bu gün
Xorvatiya Parlamentinin sədri: Azərbaycanla ticarət və enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır

Biz Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqlarının indiki vəziyyətini müzakirə etdik. Xorvatiya münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir.

1news.az xəbər verir ki, bu sözləri Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirilən brifinqdə söyləyib.

Qordan Yandrokoviç qeyd edib ki, Xorvatiya ilə Azərbaycan arasında ticarət və enerji sahələrində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Son iki ildə Bakıda və Zaqrebdə biznes və investisiya forumlarının keçirilməsi əməkdaşlığın güclənməsini göstərir.

“Təbii ki, biz parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirmək istəyirik. Bugünkü görüş Xorvatiya parlamentinin gələcəkdə bu istiqamətdə yeni addımlar atmağa hazır olduğunu təsdiqləyir.

Ümid edirəm ki, biz ilin əvvəlində Xorvatiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün atılacaq addımları müzakirə və qəbul etməkdən şərəf duyacağıq",- deyə Q. Yandrokoviç vurğulayıb.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər