Ekvador Prezidenti Daniel Noboanın kortejinə hücum edilib | 1news.az | Xəbərlər
Dünya

Ekvador Prezidenti Daniel Noboanın kortejinə hücum edilib

Qafar Ağayev09:12 - Bu gün
Ekvador Prezidenti Daniel Noboanın kortejinə hücum edilib

Ekvador Prezidenti Daniel Noboanın kortejinə daşlı və silahlı hücum olub. Dövlət başçısı hadisədən xəsarət almadan xilas olub.

1news.az xarici mediaya istinadən xəbər verir ki, insident Caar əyalətində baş verib. Ekvadorun Ətraf mühit və Enerji naziri Ines Manzano bildirib ki, Prezident Noboa su təmizləmə qurğusunun açılış mərasiminə gedərkən kortej təxminən 500 nəfərlik bir qrup tərəfindən hücuma məruz qalıb.

“Prezidentin avtomobilinə atəş açmaq, daş atmaq, dövlət əmlakına zərər vurmaq cinayətdir. Biz buna icazə verməyəcəyik”, – deyə Manzano vurğulayıb.

Nazirin sözlərinə görə, Prezident Noboa hadisədən salamat çıxıb, hücumla əlaqədar 5 nəfər saxlanılıb.

Ekvador Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, dövlət başçısını hədəf alan bu hücum qəbuledilməzdir. Bildirilib ki, saxlanılan şəxslər qəsdən adam öldürməyə cəhd və terrorçuluq ittihamları ilə məhkəmə qarşısına çıxarılacaq.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər