Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparır

Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti "PUA sahəsində təcrübə mübadiləsi" çərçivəsində Azərbaycana səfər edib.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub.
Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.


80