2025-ci il Nobel Sülh mükafatının laureatı məlum olub

Norveç Nobel Komitəsi 2025-ci il Nobel Sülh Mükafatını Venesuela müxalifətinin liderlərindən Mariya Korina Maçadoya təqdim edib.
1news.az xəbər verir ki, Komitənin açıqlamasına görə, Maçado bu mükafata “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ölkədə diktaturadan demokratiyaya ədalətli, dinc keçid uğrunda mübarizəsinə görə” layiq görülüb.
Son bir ildə gizli şəkildə yaşayan siyasətçi həyatına yönəlmiş təhdidlərə baxmayaraq, ölkəsini tərk etməyib. Nobel Komitəsi onun Venesuela müxalifətini birləşdirərək demokratik mübarizəyə rəhbərlik etdiyini və diktatura qarşısında sarsılmaz iradə nümayiş etdirdiyini vurğulayıb.
191