Polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirilib saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirilib saxlanıldı

Qafar Ağayev15:33 - Bu gün
Polisə silahlı müqavimət göstərən şübhəli zərərsizləşdirilib saxlanıldı

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.

Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.

Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq hərəkətləri aparılır.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər