Yasamalın bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalın bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Qafar Ağayev11:37 - Bu gün
Yasamalın bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Paytaxtın Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə AAYDA məlumayt yayıb.

Bildirilib ki, 11 oktyabr saat 08:00-dan 12 oktyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər