Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

16:17 - Bu gün
Azərbaycan və Pakistan XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edib - YENİLƏNİB

Oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

"Telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional təhlükəsizlik, xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə olunub", məlumatda deyilir.

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər