Sabah pensiyalar tam ödəniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah pensiyalar tam ödəniləcək

10:46 - 20 / 10 / 2025
Sabah pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 21-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə 1news.az-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər