Dövlət başçısı: Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər | 1news.az | Xəbərlər
Siyasət

Dövlət başçısı: Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər

Qafar Ağayev13:47 - Bu gün
Dövlət başçısı: Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər

Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib.

“Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”, - dövlət başçısı qeyd edib.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər