Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

15:29 - Bu gün
Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin “2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin “International Resources Holding” şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər