Xaçmazda 42 yaşlı qadın qətlə yetirilib, yeniyetmə oğlu saxlanılıb
 
            
            
            Xaçmaz rayonunun Çaykənarı kəndində qətl hadisəsi baş verib.
1news.az APA-ya istinadən xəbər verir ki, kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızı oğlu tərəfindən bıçaqlanıb.
Müxtəlif xəsarətlər alan qadın Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qətli törədən yeniyetmə saxlanılıb.
Hazırda fakt araşdırılır.
90












