Bakı Metropolitenindən növbəti yenilik - 964 Əlaqə mərkəzi istifadəyə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Metropolitenindən növbəti yenilik - 964 Əlaqə mərkəzi istifadəyə verildi

Qafar Ağayev10:42 - Bu gün
Bakı Metropolitenindən növbəti yenilik - 964 Əlaqə mərkəzi istifadəyə verildi

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC xidmət keyfiyyətinin artırılması məqsədilə daha bir yenilik edib.

1news.az xəbər verir ki, sərnişin məmnuniyyətinin yüksəldiməsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi, Bakı Metropolitenində 964 Əlaqə mərkəzi fəaliyyətə başlayıb.

Texnoloji yeniliklərin rəqəmsal tətbiqi ilə yeni tərkib və formada xidmət göstərəcək Əlaqə mərkəzinin operatorları həftənin 7 günü, saat 07:00-dan 23:00-a qədər zəngləri cavablandıracaq. Mərkəzdə vətəndaşlardan daxil olan bütün sorğu, təklif və şikayətlər qeydə alınacaq və müvafiq qaydada yönləndirilməsi həyata keçiriləcək.

Əməkdaşlar operativ qaydada fəaliyyət göstərərək 15 saat fasiləsiz xidmət başında olacaqlar.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər