Abşeron və Səbail rayonlarında oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron və Səbail rayonlarında oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Qafar Ağayev13:47 - Bu gün
Abşeron və Səbail rayonlarında oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb

Səbail rayonu ərazisində yerləşən evlərin birindən 7 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Nəcəfova müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı pul və mobil telefon oğurlamaqda şübhəli bilinən 62 yaşlı C. Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Abşeron rayonunda isə bir evdən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı E.Əliyevin saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər