Cəbrayılda əhali üçün səyyar müayinələr keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayılda əhali üçün səyyar müayinələr keçirilib

Qafar Ağayev15:10 - Bu gün
Cəbrayılda əhali üçün səyyar müayinələr keçirilib

Səhiyyə Nazirliyi Cəbrayıl rayonunda əhali üçün səyyar müayinələr keçirilib.

Bu barədə 1news.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aksiya çərçivəsində sakinlər arasında nevroloji, artroloji, dermatoloji, ginekoloji, fizioterapevtik, pediatrik reabilitasiya istiqamətlərində müayinələr aparılıb.

Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Aksiya zamanı 220-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər