Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılır - FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılır - FƏRMAN

16:24 - Bu gün
Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi yaradılır - FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması ilə əlaqədar Fərman imzalayıb.

1news.az xəbər verir ki, Fərmana əsasən, yaradılacaq sistem MİRAS adlandırılacaq.

Fərmanda qeyd olunub ki, DTX MİRAS-ın formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, həmçinin ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Dövlət başçısı Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi haqqında Əsasnaməni də təsdiq edib.

Əsasnamədə göstərilir ki, MİRAS-ın formalaşdırılmasının məqsədi Xidmətin "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Dövlət sirri haqqında", "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquq və vəzifələrinin icrasının təmin olunmasından, dövlət təhlükəsizliyi sahəsində elektron məlumat mübadiləsinin, eləcə də müvafiq sahə üzrə təhlillərin aparılmasından, proqnozların və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

MİRAS-ın Əsasnaməsinin tam mətni ilə buradan tanış olmaq olar.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər